Avtoreyd.Az Dörd çarx Bakının mərkəzində bir yol dərdi azalacaq – FOTO

Bakının mərkəzində bir yol dərdi azalacaq – FOTO


Bakı şəhərinin Yasamal rayonu ərazisində Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yenidən qurulması istiqamətində Prezident İlham Əliyevin sərəncamlarına müvafiq olaraq “Azəravtoyol” ASC tərəfindən ümumi uzunluğu 7,6 km-ə yaxın olan 5 küçədən 3-də artıq işlər tam olaraq başa çatdırılıb, digər 2 küçədə isə yekunlaşmaq üzrədir.

“Azəravtoyol” ASC-dən AvtoReyd.Az-a verilən məlumata görə, bu çərçivədə işlərin 95 faizi görülüb. İşlərin tam olaraq yekunlaşdığı 440 m uzunluğunda və genişləndirildikdən sonra eni 15 m-ə çatan Balababa Məcidov küçəsindən başqa, Mirzəağa Əliyev və Füzuli küçələrində də yenidənqurma işləri artıq bitib.

Akademik Milli Dram Teatrının hər iki tərəfində yerləşən Mirzəağa Əliyev və Füzuli küçələrinin uzunluqları müvafiq olaraq 750 və 800 m təşkil edir. Bu küçələrdə yenidənqurma işləri çərçivəsində yol genişləndirilərək 15 m-ə çatdırılıb. Küçələr boyu yeni kommunikasiya xətləri çəkilib, 3 qat olmaqla asfalt-beton örtük döşənib.

Uzunluğu 1825 m, genişləndirildikdən sonra eni 15 m-ə çatan Abdulla Şaiq küçəsində və 2165 m uzunluğu olan Nərimanov prospektində isə yeni kommunikasiya xətləri çəkilib, 2 qat olmaqla asfalt-beton örtük döşənib. Yaxın günlərdə sözügedən ərazilərdə asfalt-beton örtüyünün son qatının döşənməsi işləri də görülərək yekunlaşdırılacaq.

Onu da əlavə edək ki, ümumilikdə Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafında yenidən qurulan yol infrastrukturunun  mövcud yol şəbəkəsinə birləşdirilməsi işləri də görülərək yekunlaşdırılıb.

Hazırda layihənin gerçəkləşdiyi ərazi boyu piyada səkilərinin tikintisi, səki daşlarının düzülməsi, səkilərə və yol ayrıclarına tamet daşların döşənməsi işləri aparılır ki, bu işlər də yaxın müddət ərzində yekunlaşdırılacaq.

Qeyd edək ki, yenidən qurulan küçələrdə müasir işıqlandırma sistemləri, 14 ünvanda “cib”lik və müasir avtobus dayanacaqları qurulacaq, yeraltı və yerüstü parkinq yerləri, həmçinin piyada keçidləri inşa olunacaq, küçələr boyu geniş yaşıllılar və parklar salınacaq.

AvtoReyd.Az

 

Related Post

Bu yolda təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.Bu yolda təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinində AvtoReyd.Az-a verilən məlumata görə,Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 14-120 km-də bu gün axşam saatlarınadək yol qəzaları nəticəsində yararsız

Ağcabədidə 18 km uzunluğu olan yolun yenidən qurulması davam etdirilir (Video+Foto)Ağcabədidə 18 km uzunluğu olan yolun yenidən qurulması davam etdirilir (Video+Foto)

Prezident İlham Əliyev rəhbərliyi ilə icra olunanregionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarnda sosial-infrastruktur layihələr arasındayol infrastrukturunun yenidən qurulması önəmli yer tutur. Bu çərçivədə respublikanın avtomobil yollarının inkişafı istiqamətində çox mühüm layihələr həyata keçirilib