Avtoreyd.Az Gündəm Füzuli küçəsində hərəkət məhdudlaşdırıldı

Füzuli küçəsində hərəkət məhdudlaşdırıldı


Bakı şəhəri Yasamal rayonunun Füzuli meydanı ətrafında yol infrastrukturunun yenidən qurulması istiqamətində aparılan işlər çərçivəsində mövcud dairənin ləğv edilməsi işlərinə başlanılıb.
 
“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən AvtoReyd.Az-a verilən məlumata görə, bu səbəbdən Füzuli küçəsindən dairəyə doğru çıxış hissə müvəqqəti olaraq bağlanıb. Həmin istiqamətdən gələn avtonəqliyyat vasitələri alternativ olaraq İslam Səfərli küçəsinə yönəldilib. Sürücülər həmin yoldan istifadə edərək yenidən Şıxəli Qurbanov küçəsinə çıxa bilərlər.
Dairənin ləğv edilməsi istiqamətində aparılan işlər bir-neçə gün ərzində davam etdiriləcək. Bu müddət ərzində sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkətində qismən məhdudlaşdırmalar tətbiq ediləcək. İşlər tam yekunlaşdıqda isə avtonəqliyyat vasitələrinin hərəkəti dairədən sağa, Füzuli küçəsinin davamı olaraq yeni salınmış yola, ordan da yeni yaradılmış geri dönmə hissə ilə Mirzəağa Əliyev küçəsinə yönəldiləcək.

Related Post

Bakıda qaydaları kobud şəkildə pozan Nazim İbrahimovun sürücüsünə xəbərdarlıq edildi (FOTO)Bakıda qaydaları kobud şəkildə pozan Nazim İbrahimovun sürücüsünə xəbərdarlıq edildi (FOTO)

Diasporla İş üzrə Dövlət Komitəsi sosial şəbəkədə quruma məxsus avtomobilin səkidə saxlanıldığına dair yayılan foto ilə bağlı məlumat yayıb. AvtoReyd.Az-in teleqraf.com-a istinadən verdiyi məlumata görə, komitənin sözçüsü Elşad Miraləm avtomobili