Avtoreyd.Az Maraqlı “Mercedes-Benz” noutbuk buraxdı

“Mercedes-Benz” noutbuk buraxdı


Dünya avtomobil sənayesinin liderlərindən olan “Mercedes-Benz” şirkəti noutbuk istehsal etməyə başlayıb. Artıq “VAİO Z” noutbuklarının Yaponiyada satışına başlanıb.
İKT.lent.az-ın “vladtime.ru” saytına istinadən verdiyi məlumata görə, cihaz “Microsoft Windows 10” əməliyyat sistemi ilə fəaliyyət göstərir. 13,3 diaqonallı ekrana, sensor səthə malikdir.

Yeni məhsulun üzərində “Mercedes-Benz”in simvolu və loqotipi var. Noutbukun klaviaturası göy rəngli işıqlandırma ilə çalışır. Noutbuk “Core i5” və ya “Core i7” seriyasından olan “İntel” prosessoru ilə təchiz edilib. Əməliyyat yaddaşı 8 GB, yaddaş kartı 256 GB təşkil edir.

“Mercedes-Benz” portativ “VAİO Z” kompüterinin qiyməti 2230 ABŞ dollarıdır.

AvtoReyd.Az

Related Post

Sərnişinlərdən qalan yeməyi yediyi üçün stüardessa işdən qovulub (Video)Sərnişinlərdən qalan yeməyi yediyi üçün stüardessa işdən qovulub (Video)

Avtoreyd.az bildirir ki,Çinin “Urumqi Air” aviaşirkətinin rəhbərliyi sinilərdə sərnişinlərdən qalan artıq yeməyi yeyən stüardessanı, bu prosesi əks edən video internetdən yayıldıqdan sonra, işdən kənarlaşdırıb. Sərnişinlərdən biri tərəfindən çəkilən videonu izləyən insanlar,