Avtoreyd.Az Gündəm Azərbaycanda avtomobillər bahalaşıb

Azərbaycanda avtomobillər bahalaşıb


Azərbaycanda minik avtomobillərinin qiymətləri bu ilin fevral ayında əvvəlki ayla müqayisədə 0,6% artıb. Yanvar-fevral aylarında isə illik müqaysiədə qiymətlərdə 10% artım qeydə alınıb.
“Report”un rəsmi statistikaya əsasən verdiyi xəbərə görə, fevralda minik avtomobillərinin ehtiyat hissələri də aylıq müqayisədə 0,9%, illik isə 12,4% bahalaşıb. Bu müddətdə ölkədə velosipedlərin qiymətində də artım qeydə alınıb. Belə ki, velosipedlər aylıq 1,4%, illik isə 15% bahalaşıb.
Xatırladaq ki, 2016-cı il yanvar-fevral aylarında minik avtomobillərinin qiymətində illik 8,8%, ehtiyat hissələrinin qiymətində 31,3%, velosipedlərdə isə 17,3% artım qeydə alınıb.

Related Post

Oktyabrın bu günlərində diqqətli olun! Güclü maqnit qasırğası gözlənilir – VİDEOOktyabrın bu günlərində diqqətli olun! Güclü maqnit qasırğası gözlənilir – VİDEO

Oktyabrın sonlarında güclü geomaqnit qasırğası olacaq. Mütəxəssislər bildirir ki, həmin qasırğa yer kürəsinə təsirsiz ötüşməyəcək. Elektron cihazların fəaliyyətində ciddi dəyişiklik gözlənilir. Qasırğa insan səhhətinə də təsir edəcək. Mütəxəssislərin və həkimlərin