Böyük Britaniyanın “Rolls-Royce” şirkəti dünyanın ən bahalı avtomobilini təqdim edib.

AvtoReyd.Az “Report”a  istinadən verdiyi məlumata görə, şirkətin “Sweptail” yeni və yeganə modeli İtaliyada keçirilən “Villa” eleqantlıq müsabiqəsində nümayiş olunub.

Məlumata görə, “Sweptail” sırf əl işidir və 1930-cu illərin “Rolls-Royce” avtomobillərinin üslubuna xas dizayn edilib.

Yeni avtomobilin dəyəri 13 mln. dollardır. Bununla da, “Rolls-Royce Sweptail” dünyanın ən bahalı avtomobili hesab edilir.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.