Avtoreyd.Az Dörd çarx Antifrizlər nə ilə fərqlənir, itki zamanı onları qatışdırmaq olarmı? (Foto)

Antifrizlər nə ilə fərqlənir, itki zamanı onları qatışdırmaq olarmı? (Foto)


Tanış vəziyyətdir. Siz avtomobil almısınız və soyutma sistemində hardasa sızma müəyyən olunub.Soyuducu çəndə müəyyən rəngli maye ləpələnir və eyni görünüşlü antifriz  yaxın mağazada satılır, onu əlavə etməyə dəyərmi? Və  belə vəziyyətdə nə etmək lazımdır?

                           1. ANTİFRİZ NƏDİR?

Ümumiyyətlə real vəziyyəti dəyərləndimək üçün antifrizin nə olduğunu bilmək lazımdır. Antifirizin nə olduğunu yəgin çoxunuz bilirsiniz.Xususi kimyəvi tərkibi ilə əlaqədar olaraq aşağı donma tenpuraturuna sahib maddədir. Tərkibində distillə edilmiş su,spirt və bir sıra kimyəvi elementlər mövcuddur.Antifriz soyutma sistemində mayenin tək donmağını yox ,stabil tenpuraturda qalmağınada səbəb olan əlavədir və məhz buna görə də qış aylarında olduğu kimi yay aylarında da antifrizə ehtiyac vardır. Məhz suyun və spirtin qarışığında olmanın hesabına tələb edilən temperatur xarakteristikaları təmin olunur. Rənginə gəldikdə isə,bu yalnız tərkibində istehsalçının müxtəlif növ antifrizləri ayırmağa imkan verən boyadır.

  Antifriz itkisini aşkar etdikdə nə etmək lazımdır?

Baxmayaraq ki, məntiqlə eyni rəngli mayeni alıb əlavə etmək olardı,əslində bu tamamilə belə deyil.

Əgər antifrizin itkisi yolda və ya təcili səfər qabağı müəyyən oldusa,bilavasitə avtomabil mağazasında distillə edilmiş suyu alaraq səfəri tamamlamaq üçün soyutma sisteminə əlavə etmək olar. Əgər itki çox miqdarda deyilsə, antifrizin konsentrasiyasının kiçik dəyişikliyi onun xüsusiyyətlərində güclü təsir etmiyəcək.

Köhnə antifrizin və distillə edilmiş suyun qarışığı ilə ən yaxın servisə qədər çatmaq olar ki, sistemə tökülmüş mayeni tamamilə dəyişməyə ehtiyac var.

Əgər sizdə yerli yani rus avtomobilidirsə, soyutma sisteminə tökülmüş ucuz TOSOL-lu əlavə edərək yolunuzu müəyyən qədər davam edə bilərsiniz. Ən azi,növbəti avtomobil ehtiyyatları mağazasına kimi aldığınız TOSOL üst-üstə düşəcək.

Amma əgər sizin avtomobilinizin sistemində “nəsə qırmızı, yaşıl, sarı və ya bənövşəyi”antifrizdirsə mütlək sızmanı aradan qaldirdiqdan sonra tamami ilə sistemdəki antifrizi dəyişin.Antifrizin işləmə aralığı -40 +120 dərəcədir və bu ölçüylə 3 il və ya 50.000km də bir antifriz tam dəyişdirilməlidir.Bunun faydasını həm avtomobilin isinməsində həm soyumasında müsbət nəticə olaraq görə bilərsiniz.Bundan başqa su nasosununda 100.000km dən bir dəyişilməyə ehtiyacı yaranır.

       3.Niyə antifrizi əlavə etməyə dəyməz?

Niyə sistemə antifrizi əlavə etmək düzgün sayılmır? Ona görə ki, belə qarışdırmanın nəticəsi sonuna kimi aydın olmayacaq. Xeyr, burada heç bir qorxunc nağıl olmayacaq.Əksər hallarda eyni rəngli antifrizin qarışdırılması pis nəticələnməyəcək,çünki,eyni rəngli  antifrizlər çətin ki, müxtəlif siniflərə aidd olsun. Bütovlükdə, soyuta mayelərin əksəriyyətinin vahid əsasını nəzərə alaraq, qarışdırma, ehtimal ki, təhlükəsiz olacaq. Ancaq yenə də heç bir zəmanət vermək olmaz .Əgər antifrizlər baza spirtinin tərkibi üzrə müxtəlif olacaqsa işçi xarakteristikaların dəyişikliyi, hətta çöküntünün düşməsi tamamilə ehtimal ediləndir.

Bundan başqa, əlavə olunmaqla idarə etmə öz növbəsində qüsurlu təcrübədir . Sistemdə olan itki zamanla yalnız tərəqqi edəcək və bir anda sizin tərəfinizdən mayenin soyuducu çənin üstünə tökülənin həcmi aşağıdan asfalta axan mayenin həcminə bərabər olacaq.Maraqlısı odur ki, bu ən uyğun olmayan anda baş verir.

Ona görə qəpiyə qənaət etmək lazım deyil.Mayeni yalnız tamamilə dəyişdirmək tövsiyə olunur.

AvtoReyd.Az

Related Post

Bakı-Sumqayıt yolunda Xırdalan dairəsi istiqmətində hərəkət məhdudlaşdırılacaqBakı-Sumqayıt yolunda Xırdalan dairəsi istiqmətində hərəkət məhdudlaşdırılacaq

Bakı-Sumqayıt yolunun Xırdalan dairəsinin altından keçən avtomobil tunelində baş vermiş avtomobil qəzası nəticəsində ayırıcı zolaqda yerləşən təhlükəsizlik sədləri yararsız vəziyyətə düşərək nəqliyyatın hərəkətində çətinliklər yaradıb. AvtoReyd.Az xəbər verir ki, bu barədə Azərbaycan