Avtoreyd.Az Gündəm Sürücülər niyə formasızdır? – VİDEO

Sürücülər niyə formasızdır? – VİDEO


Hörmətli oxucular xatırlayırsızsa bir müddət əvvəl ictimai nəqliyyatda fəaliyyət göstərən sürücülər üçün vahid forma müəyyənləşdirilmişdi. Elə həmin dövrdə geyim qaydalarına riayət edilməsi sürücülərdən tələb edilir və əksəriyyət də buna riayət edirdi. İndi isə vahid geyim qaydasına demək olar ki riayət edən sürücü yoxdur. Apardığımız araşdırma bunu deməyə əsas verir.

Bir müddət əvvəl vahid forma ilə sükan arxasına əyləşən sürücülər, indi nə gəldi geyinirlər. Söhbət paytaxtda sərnişin avtobuslarının sürücülərindən gedir.

Təxminən 2 ilə bundan əvvəl əksər daşıyıcı şirkət qarşısında vahid forma tələbi qoyulsada, indi buna əməl edən tapılmır. Sürücülər formalarının olmadığını müxtəlif bəhanələrlə izah edirlər.

Daşıyıcı şirkətlər bildirirlər ki, sürücülərin vahid forma geyinməməsinin səbəbi indi şirkətlər qarşısında bununla bağlı konkret tələbin qoyulmamasıdır.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirdi ki, avtobus sürücülərinin vahid geyimə keçmə məsələsi hazırda agntliyi narahat edən ən asas məsələlərdən biridir. Həm bu həm də bu kimi digər məsələlərin həlli ilə bağlı qurum tərəfindən təkliflər planı hazırlaNara nazirlər kabinetinə göndərilib. bu tələblər təsdiq ediləndən sonra avtobus sürücülərinin vah,d formaya keçidi tam təmin ediləcək.

 

 

Related Post

Sabah bu yollar bağlı olacaqSabah bu yollar bağlı olacaq

15 sentyabr – Bakının daşnak-bolşevik qüvvələrinin işğalından azad olunmasının 100-cü ildönümü münasibətilə Azadlıq meydanından başlayaraq Dənizkənarı Milli Park boyunca Neftçilər prospektində möhtəşəm paradın keçirilməsi ilə əlaqədar bu istiqamətlər üzrə kəsişən,