Avtoreyd.az bildirir ki, fransalı tennisçi Maksim Hamu öz rüsvayçı hərəkəti ilə insanları təəccübləndirib: idmançı qadın jurnalisti ondan müsahibə götürdüyü vaxt boynundan öpüb.
Fransanın tennis üzrə keçirilən açıq çempionatı zamanı Meli Tomas adlı xanım jurnalist, canlı efirdə uruqvaylı tennisçisi Pablo Kuevasla oyunda uduzan Maksim Hamudan məğlubiyyətindən sonra müsahibə götürüb.
Meli Tomas idmançıya sual verməyə çalışarkən, o, xanım jurnalisti qucaqlamağa başlayıb və bir neçə dəfə boynundan öpüb. Videoda ətrafdakıların gülüş səsləri də eşidilir. Onlar tennisçinin bu hərəkətini zarafat kimi qəbul ediblər. Lakin Maksim Hamu, xanım jurnalist ondan dəfələrlə uzaqlaşmağa çalışsa da, yenə öz hərəkətlərindən əl çəkməyib.