Avtoreyd.Az Gündəm Bir sözlə, bunları təkrarlamaq məsləhət deyil- VİDEO

Bir sözlə, bunları təkrarlamaq məsləhət deyil- VİDEO


“Street Trial” – ekstrim idman növü. yəqin ki, çoxunuz bu sözü ilk dəfə eşidirsiniz. Bu növün əsas məğzi hündür maneələrin üzərində velosipedlə tryuklar göstərməkdir. Azərbaycanda da son illərdə bu janra maraq göstərən gənclər var. Onlarin ikisi ilə sizi də taniş edəcəyik. Indidən xatirladiriq ki, izləyəcəyiniz görüntüləri heç bir təcrübə qazanmadan təkrarlamaq təhlükəlidir.

O, velosipedi sürmür, onu addım-addım gəzməyə məcbur edir. Velosipedlə müxtəlif çətin hərəkətlər edir, hətta bir-birilərinin üstündən də keçirlər. Göstərdiyi hərəkətlər izləyənə zövq versə də, bunu bacarmaq olduqca çətindir.

Fəxri və Kamranın 19 yaşları var. 3 ildir bu işlə məşğuldurlar. İstifadə etdikləri velosipedlər də sırf street trial üçün nəzərdə tutulub. Adi velosipedlərlə bu hərəkəti etmək mümkün deyil. Bu velosipedlər əsasən hərəkət göstərmək üçündür.

Street Trial ekstremal idman növü sayılır və dünya səviyyəli mötəbər yarışları keçirilir. Yarışlarda, şəhər mühitində olan maneələr üstündə tryuklar göstərilir.

Kamran gələcəkdə Street Trial yarışlarına qatılmağı da düşünür.

Related Post

Yol polisi onu çəkən sürücüyə mane olur: Sürücü yol polisini kameraya çəkə bilər, ya yox? – VİDEOYol polisi onu çəkən sürücüyə mane olur: Sürücü yol polisini kameraya çəkə bilər, ya yox? – VİDEO

Yol polis sürücünü saxladıb, sənədlərini yoxlayarkən sürücü və ya onun yanındakı sərnişin dərhal mobil telefonla polisi çəkməyə başlayır. Son vaxtlar belə hallara görə polislə sürücülər arasında mübahisələr tez-tez baş verir.