Avtoreyd.Az Avtoxəbər “Nissan” 42 mindən çox avtomobili geri çağırıb

“Nissan” 42 mindən çox avtomobili geri çağırıb


“Nissan” şirkəti Rusiyada 42 mindən çox avtomobili geri çağırıb.

AvtoReyd.Az Trend-ə istinadən bildirir ki, qərar avtomobilin kuzovunun arxa şüşəsində qeydə alınan qüsurlarla əlaqədardır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2012-ci ilin noyabrından 2015-ci ilin iyununadək Rusiyada satılmış “Almera” modellərinə şamil olunur.

Həmin avtomobillərdə arxa şüşənin kuzovdan aralanması kimi qüsurlar meydana çıxıb.

Bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz əsasda həyata keçiriləcək.

AvtoReyd.Az

Related Post