Avtoreyd.Az Avtoxəbər Cərimə yazılıb, amma sürücü protokolla razılaşmır – mübahisəli vəziyyət yaranıb – VİDEO

Cərimə yazılıb, amma sürücü protokolla razılaşmır – mübahisəli vəziyyət yaranıb – VİDEO


Sumqayıtda Səməd Vurğun küçəsində ziddiyyətli bir vəziyyət yaranıb. Deməli, yol qapalıdır və sürücü geri dönməyə məcburdur, ancaq yolun ortasında qoşa xətt çəkilib.

AvtoReyd.Az Xezerxeber.az-ın məlumatına istinadən verir ki, votsap nömrəmizə müraciət edən bir sürücü iddia edir ki, o, bu ziddiyyətin qurbanı olub və ona haqsız yerə cərimə yazılıb. Yəni sürücü protokolla razılaşmır.

Şəhər sakini Cəfər Cəfərli öz şəxsi avtomobili ilə Səməd Vurğun küçəsində Dövlət Yol Polisi əməkdaşları tərəfindən 60 manat məbləğində cərimələnib. Sürücü iddia edir ki, Dənizkənarı bulvar ərazisində yeni çəkilən yolun sonu bağlandığından sürücülər geri qayıtmaq məcburiyyətində qalırlar. Yolun girişində isə sürücülər üçün heç bir xəbərdarlıq işarəsi qoyulmayıb.

Cəfər Cəfərli iddia edir ki, ona yazılan protokol qanunsuzdur.

Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsindən “Xəzər Xəbər”ə bildirildi ki, həmin vaxt mövcud vəziyyət şəhər təhlükəsizlik xidməti kamerası ilə lentə alınıb. Sürücü həmin ərazidə dönmə əməliyyatını düzgün yerinə yetirməyib. Ancaq buna baxmıyaraq, hazırda sürücüyə yazılan cərimə protokolunun dəqiqliyi yoxlanılır. Əgər fakt təsdiqini tapmazsa, həmin vaxt ərazidə xidmət aparan DYP əməkdaşı barəsində tədbir görüləcək.

AvtoReyd.Az

Related Post