Yaponiyanın “Toyota” şirkəti ABŞ-ın “Tesla” şirkətində sahib olduğu bütün səhmləri satıb.

lent.az-ın “Reuters”ə istinadən verdiyi məlumata görə, “Toyota” satdığı səhmlərdən 50 milyon dollar gəlir əldə edib.

Qeyd edək ki, şirkətlər arasında əməkdaşlıq 2010-cu ildə başlayıb. Yaponlar “Tesla”nın səhmlərinin 3,15%-ni 40,5 milyon dollara satın alıb. O zamandan bəri “Toyota” “Tesla” batareyaları ilə çalışan idman avtomobilləri buraxıb.

“Bizim “Tesla” ilə tərəfdaşlığımız sona çatdı, çünki artıq hər hansı yeniliklər yoxdur və biz qərara gəldik ki, əlimizdəki payı sataq”, – deyə “Toyota”dan bildirilib.

Xatırladaq ki, “Tesla” elektromobillərin istehsalı sahəsində ixtisaslaşıb.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.