Avtoreyd.az bildirir ki, Britaniyanın Nottinhem şəhərində yaşayan 67 yaşlı Jan Bruks, evinin yanından yüksək sürət həddi ilə hərəkət edən avtomobil sürücüləri ilə mübarizə aparmaq qərarına gəlib.
Mübarizə üsulu kimi o, qeyri-standart alət seçib– saç qurudan fen. Vaxtaşırı Jan Bruks, fenlə yolda dayanaraq özünü elə göstərir ki, guya əlindəki yanından keçən avtomobillərin sürətini ölçən cihazdır.
67 yaşlı nənənin qonşuları deyir ki, qəribə olsa da, etiraf etmək lazımdır ki, ərazidə sürət həddini aşanların sayı azalıb.