Avtoreyd.Az Avtoxəbər Çində yeni nəqliyyat növü təqdim olunub. VIDEO

Çində yeni nəqliyyat növü təqdim olunub. VIDEO

| | 0 Comments | 17:51

Avtoreyd.az bildirir ki,Çinin CRRC şirkəti tamamilə yeni nəqliyyat növü təqdim edib- rels üzərində muxtar şəkildə hərəkət edən sürətli tranzit.

İxtira ART adlanır yəni Autonomous Rail Rapid Transit. Bu da tramvayla avtobusun hibridi deməkdir.

Maşın asfaltda xüsusi nişan olduğu halda, yolda adi avtobus kimi hərəkət edir. ART, qatar kimi modul tiplidir, sərnişinlərin sayından asılı olaraq əlavə vaqon qoşmaq və ayırmaq olar. Hər vaqon təxminən 100 nəfər tutur.

Belə nəqliyyat növü sürücüsüz hərəkət edir, ancaq sınaq müddəti zamanı  sərnişinlərin təhlükəsizliyi üçün yenə də ART-ı insan idarə edir.

Bu cür “tramobus” asfaltda çəkilmiş qoşa xətt üzrə hərəkət edir və maneələri aşmaq üçün bir sıra sensora malikdir.

Maşın elektriklə ilə çalışır və 10 dəqiqəlik enerji ehtiyatı yığdıqdan sonra 25 kilometrə qədər məsafə keçə bilər.

İlk ART xətti hazırda Çjuçjou şəhərində lahiyələşdirilir və plan üzrə istismara hardasa 2018-ci ildə veriləcək.

Related Post

İsmayıllıda atmosferi çirkləndirən avtomobillərin sürücüləri cərimələnib (Foto)İsmayıllıda atmosferi çirkləndirən avtomobillərin sürücüləri cərimələnib (Foto)

İsmayıllı rayon Polis Şöbəsinin Yol Polisi Bölməsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşları tərəfindən “Təmiz hava” aylığı çərçivəsində İsmayıllı şəhərinin küçələrində, İsmayıllı-İvanovka