Avtoreyd.az bildirir ki, Parisdə Eyfel qülləsinin mərtəbələrindən birində, hətta ən qatı ekstremalların belə nəfəsini kəsəcək attraksion qurulub.
İndi Parisin əsas görməli yerindən, saatda 90 kilometr sürətlə kanatla (burazla) enmək olar. Kanat yolunun uzunluğu 800 metrdir, ekstremal gəzinti isə bir dəqiqəni əhatə edir.
Yeniliyin müəlliflərinin sözlərinə görə, yeni attraksionda gəzməyə qərar verəcək hər kəs, Mars çölünün üzərindən praktik olaraq, peşəkar idmançı tərəfindən atılan tennis topu kimi eyni sürətlə, saatda 90 km-lə uçacaq.
Attraksion iyunun 5-dən 11-dək fəaliyyət göstərəcək. Gün ərzində ondan yalnız 100 nəfər istifadə edə biləcək.