Avtoreyd.az bildirir ki, Böyük Britaniyada selfi etmək üçün monopoda (ştativin bir növü) tutarlı alternativ ixtira olunub. Yenicə meydana çıxmış bu yeniliyi artıq bütün tabloyidlər müzakirə edir.
Quin Media Group şirkəti məsələyə fərasətlə yanaşaraq, yeni qarnitur hazırlayıb. Hansı ki, ən müxtəlif rakurslarda kadrlar çəkməyə imkan verir. Altlıq kimi isə insan öz ayaqlarından istifadə edir.
Yeniliyə yığcam ad da verilib- SelfieFeet. Qurğu bandaj bərkitmədən, holder-dən və bluetooth-un köməyi ilə çalışan məsafəli pultdan ibarətdir.
Şəkil çəkmək üçün telefonu ayaqda bərkitmək, lazımi rakursu seçmək və pultda düyməni basmaq lazımdır. Eyni prinsip üzrə qarniturdan GoPro kamerasıyla da istifadə etmək olar.
Quin Media Group-da hesab edirlər ki, onların kəşfi selfi-çubuğa orijinal cavabdır. Hansı ki, nəinki ətrafdakı insanları qıcıqlandır, həm də bəzi ictimai yerlərdə qadağandır.
İstehsalçılar Kickstarter üçün lazımi məbləği toplamağı ümid edirlər. SelfieFeet qarnituru bu ilin iyulunda 17 dollara satışa daxil olmalıdır.