Avtoreyd.az bildirir ki, Misir yığmasının və İngiltərənin “Stoke City” futbol klubunun oyunçusu Sübhi Ramazan yerli teleşounun qurbanı olub.
Televiziya işciləri futbolçu ilə səhrada əsl cəhənnəm oyunu oynayıblar. Sübhi də daxil olmaqla daha bir neçə insanın olduğu avtomobil səhrada süni şəkildə quraşdırılan ləpələnən qumluqda tələyə düşüb.
Ramazan onunla birgə maşında olan iki aktyorun qumun altına necə sorulduğunu dəhşətlə müşahidə edib. Lakin əsl şoku qəfildən peyda olan böyük Komodo çöl kərtənkələsini gördükdən sonra yaşayıb. Əslində bu əjdaha və ya varan yox, sadəcə maskalanmış aktyor olub.
http://www.youtube.com/watch?v=5984bdz0ngo
Bu zarafat yarımmüdafiəçinin qəti ürəyincə olmayıb. Onu qumdan çıxardan kimi Sübhi Ramazan aktyorlardan birinə hücum edib.