Avtoreyd.Az Dörd çarx Nəqliyyatın hərəkətindən dəyişiklik: Bu dairəyə işıqforlar quraşdırıldı – VİDEO

Nəqliyyatın hərəkətindən dəyişiklik: Bu dairəyə işıqforlar quraşdırıldı – VİDEO


Daha bir dairədə də hərəkət işıqforlarla tənzimlənəcək. Söhbət tez tez qəzaların baş verdiyi Masazır dairəsindən gedir. Artıq dairənin bütün yolayrıclarına işıqforlar quraşdırılıb.

Pik saatlarında sıxlığa səbəb olan Masazır dairəsinə işıqfor qoyulub.

Baş Dövlət Yol Polisi idarəsinin şöbə rəisi Kamran Əliyev bildirdi ki, həmin ərazi ilə bağlı idarəyə dəfələrlə sürücülər müraciət edib. Əraziyə baxış keçirildikdən sonra qərara alındı ki, Abşeron rayonundakı dairəyə işıqfor qoyulsun.

Sürücülər də dairənin işıqforla tənzimlənməsinin çoxdan tətbiq edilməli olduğunu deyirlər. Onlar həmin ərazidə işıqforlar quraşdırıldıqdan sonra yol-nəqliyyat hadisələrinin azalacağını bildirdilər.

Qeyd edək ki, işıqfor yaxın günlərdə işləyəcək. Bundan başqa Bakıdan-Masazır qəsəbəsinə və o cümlədən də Xırdalandan şəhər istiqamətində işıqforun sağa hərəkət istiqaməti daimi yaşıl olacaq.Digər istiqamərtlərdən hərəkət isə avtomobillərin sıxlığı nəzərə alınaraq tənzimlənəcək.

xezerxeber/

AvtoReyd.Az

Related Post

Dövlət qurumlarının avtomobilləri satışa çıxarıldı – 250 manatdan başlayan qiymətlər Read more: https://sputnik.az/news/20180104/413463712/dovlet-idarelerinin-avtomobilleri-satisa-cixarildi.htmlDövlət qurumlarının avtomobilləri satışa çıxarıldı – 250 manatdan başlayan qiymətlər Read more: https://sputnik.az/news/20180104/413463712/dovlet-idarelerinin-avtomobilleri-satisa-cixarildi.html

Ən yüksək qiymətlə hərraca çıxarılan avtomobil Milli Məclisin İşlər İdarəsinə məxsusdur İki nazirlik, Milli Məclis və Mərkəzi Seçki Komissiyası balansında olan avtomobilləri özəlləşdirməyə təqdim edib.AvtoReyd.Az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, 30