AZƏRAVTOYOL-dan AvtoReyd.Az-a verilən məlumata görə,Asfalt-beton örtüyünün yenilənməsi ilə əlaqədar bu gündən etibarən Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun Zabrat-Maştağa yolu ilə kəsişməsindən Balaxanı qəsəbəsinə qədər olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq. Qismən məhdudlaşma 2 gün ərzində qüvvədə olacaq. 

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.