Avtoreyd.Az Gündəm Azərbaycanda həvəskar balıq ovuna məhdudiyyətlər qoyulub

Azərbaycanda həvəskar balıq ovuna məhdudiyyətlər qoyulub


Nazirlər Kabinetinin 2 iyun tarixli qərarı ilə təsdiqlənən “Balıq və digər su bioresursları ovunun Qaydaları”nda əksini tapan “Balıq və digər su bioresurslarının idman və həvəskar ovuna Tələblər”də sərt məhdudiyyətlər yer alıb.
AvtoReyd.Az APA-ya istinadən xəbər verir ki, Tələblərə əsasən, balıq və digər su bioresurslarının idman və həvəskar ovuna icazə verilən ov alətləri aşağıdakılardır:
– hər bir ov alətində qarmaqların sayı 3 ədəddən, qarmaqların ümumi sayı 7 ədəddən çox olmamaq şərtilə tilov;
– lövbərciklə ağırlaşdırılmış balıqcıqlar (metaldan) ilə, tilov ipinin uzunluğu 30 m-dən, diametri 0,7 mm-dən artıq, qarmağın ölçüsü 12 nömrədən çox olan tilovlar;
– bir nəfərin istifadəsi üçün diametri 0,5 m-dən kiçik 1 ədəd domca və ya xərçəngtoplayan.
Ovuna icazə verilən balıq və su onurğasızlarının minimum ölçüləri (santimetrlə) aşağıdakı kimidir:

Aşağıdakı yerlərdə və müddətlərdə balıq və digər su bioresurslarının idman və həvəskar ovu qadağandır:

Ovlanan balıq və digər su bioresurslarının miqdarına aşağıdakı məhdudiyyətlər tətbiq edilir:

– gün ərzində 10 ədəddən çox olmayan xərçəng;
– gün ərzində 0,5 kq-dan artıq olmayan krevet və digər onurğasızlar;
– balıqçılıq su obyektində olduğu müddətdə 5 kq-dan çox olmayaraq balıqlar (ovlanmış bir balığın çəkisinin  5 kq-dan çox olması halları istisna edilir).

Related Post

“Neftçilər”dən “Xalqlar dostluğu” metrosuna olan hissədə hərəkət bərpa edilib“Neftçilər”dən “Xalqlar dostluğu” metrosuna olan hissədə hərəkət bərpa edilib

Bakı Nəqliyyat Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə, Qara Qarayev prospektində ticarət mərkəzində baş verən yanğınla əlaqədar yolda hərəkətə tətbiq edilən məhdudiyyət qismən aradan qaldırılıb. Belə ki, hərəkət prospektin metronun “Neftçilər”