“Ford” şirkəti Rusiyada 250-yə yaxın avtomobili geri çağırıb.
AvtoReyd.Az Trend-ə istinadən bildirir ki, qərar arxa təkərin nizamlama rıçaqında qeydə alınan qaynaq qüsurları ilə əlaqədardır.
Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2014-cü ildə Rusiyada satılmış “Explorer” modellərinə şamil olunur.
Qeyd edək ki, bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.