AvtoReyd.Az xəbər verir ki,Ukraynada tezliklə yerli istehsal olan super avtomobil buraxılacaq.Dünyanın aparıcı modellərində qeri qalmayan bu super avtomobil kolleksiyaçı və mesenat Andrey Djazovskinin investisiya dəstəyi ilə Kiyev emalatxanalardan birində hazırlanıb.
Təəssüf ki, hələlik avtomobil haqqında heç bir texniki təfərrüat yoxdur. Bildirilir ki, layihə hələ 2016-cı ilin başlanğıcında işə buraxılmışdı. Həmçinin bildirilir ki, komersiya xarakterli HIMERA-ı elektrik enerjisi ilə çalışacaq və ehtimal olunur ki, Monakoda buraxılacaq. Yəni, avtomobil bu ölkənin əhalisinin tutarlı hissəsinə tuşlanmışdır. Başqa sözlə, HIMERA – Monakonun zəngin sakinləri üçün elektrik avtomobildir.