Avtoreyd.Az Dörd çarx Xırdalan-Binəqədi-Balaxanı yolunun tikintisinə 5,3 milyon manat ayrıldı

Xırdalan-Binəqədi-Balaxanı yolunun tikintisinə 5,3 milyon manat ayrıldı


Prezident İlham Əliyev Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamla 188 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,3 milyon manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

AvtoReyd.Az

Related Post

Paytaxtın qərb çıxışı genişləndirilir: Əsəd Əhmədov küçəsində 24 ev söküləcək – VİDEOPaytaxtın qərb çıxışı genişləndirilir: Əsəd Əhmədov küçəsində 24 ev söküləcək – VİDEO

Paytaxtın Yasamal rayonu, Əsəd Əhmədov küçəsində 24 ev söküləcək. Buna səbəb yolun genişləndirilməsidir. Bundan əlavə yolun kənarındakı bəzi obyektlərin qarşısındakı əlavələr də sökülüb və yolda ümumi abadlıq işləri görülür. Paytaxtın