Avtoreyd.az bildirir ki, Portuqaliyada səyahət edən 14 yaşlı irlandiyalı yeniyetmə bildirib ki, Fatima şəhərində olduğu vaxt ona iki dəfə Müqəddəs Məryəm görünərək deyib ki, gələn dəfə Knock Shrine məbədi yaxınlığında peyda olacaq.
Bəzi yerli sakinlər iddia edir ki, cavan oğlan yalan deməyib.
Məktəblinin atası təsdiq edib ki, may ayında onun ailəsi Portuqaliyanın Fatima şəhərində olub və xristian zəvvarlığının mərkəzlərindən birini ziyarət edib.
Kişinin sözlərinə görə, onun oğlu İsanın anası Məryəmi iki dəfə görüb.
“Onun üzü nurlanıb. Oğlum yerli zəvvarlarla portuqal dilində ünsiyyət saxlayıb. Mənim övladım hər sözü anlayırdı, hərçənd ki, heç vaxt bu dili öyrənməyib”, – irlandiyalı bildirib.
Kişi əlavə edib ki, Müqəddəs Məryəm İrlandiyada görünəcəyi dəqiq tarixi və vaxtı da onun övladına deyıb.
Yeniyetmənin dediyi vaxtda Knock Shrine kilsəsinə gələn ziyarətçilər həmin anı lentə aldıqlarını iddia edirlər.
Onlar hesab edir ki, İsa Məsihin anasının göründüyü anı lentə ala biliblər.
http://www.youtube.com/watch?v=QyPHth5Nmzw