Avtoreyd.Az Maraqlı Braziliyada velosiped oğurladığına görə yeniyetmənin alnında tatu ediblər (Video)

Braziliyada velosiped oğurladığına görə yeniyetmənin alnında tatu ediblər (Video)

| | 0 Comments | 21:07

Avtoreyd.az bildirir ki,Braziliya polisi işgəncə verməklə 17 yaşlı yeniyetmənin alnında “Mən oğru və uğursuzam” sözlərini döydükləri və bu prosesi əks edən videonu internetdə yerləşdirdikləri üçün iki nəfəri həbs edib.

Hadisə  mayın 31-də San Paula ştatında, San Bernardo do Kampo şəhərində baş verib. Cavan oğlan, guman edilir ki, əlil şəxsin velosipedini oğurladıqdan sonra 27 yaşlı tatu ustası Maykon Vesli və onun 29 yaşlı dostu Moreyro de Araujo tərəfindən tutulub.

Bildirilir ki, onlar oğrunu tatu-salona gətirərək, kresloya oturdublar və alında əməlini ifşa edən sözlər həkk ediblər. Yeniyetmənin alnının əvəzində bədəninin istənilən digər yerində tatu etmək xahişi isə rədd edilib.

Tatu döymə prosesi bitdikdən sonra  onlar yeniyetməni buraxıblar. Utandığından o, evdən qaçıb və ailəsi gənci yalnız  iyunun 11-də tapıb. Əqli problemlərdən əziyyət çəkən və narkoman olduğu deyilən yeniyetmə velosipedi oğurladığını qəti surətdə inkar edir.

Onun alnında döymə edən hər iki şəxs, video internetdə yerləşdirildikdən sonra polis tərəfindən həbs edilib. Zərər çəkən yeniyetmənin dostları onun alınından tatunun silinməsi üçün vəsait toplanılması ilə bağlı internetdə kampaniya təşkil edib.

http://www.youtube.com/watch?v=Dj2hpS6KMpw

 

 

Related Post