Avtoreyd.Az Gündəm Yeni piyada keçidi istifadəyə verildi(Foto)

Yeni piyada keçidi istifadəyə verildi(Foto)


Yasamal rayonu Hüseyn Cavid prospektində yeni piyada keçidi istifadəyə verilib.

“Azəravtoyol” ASC-dən AvtoReyd.Az-a verilən məlumata görə yeraltı piyada keçidi Hüseyn Cavid parkının qarşısında inşa edilib.

“Azəravtoyol” ASC-nin “Azəryolelmitədqiqatlayihə” İnstitutu tərəfindən hazırlanan layihəyə əsasən 2 giriş-çıxışlı yeni piyada keçidinin ümumi uzunluğu 57.1 metrdir. Bura keçidin 21.9 metr uzunluğunda olan pilləkan hissələri və 35.2 metr olan qalereyası daxildir. Qalereyanın (keçid hissə) eni 5 metr, hündürlüyü isə 3.2 metrdir. Keçid xidməti otaqla və təhlükəsizlik kameraları ilə təchiz olunub.

Piyada keçidi avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazidə inşa edilib. Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir.

AvtoReyd.Az

Related Post

Dövlət Avtomobil Nəqliyyati Xidmətinin əməkdaşları sürücüyə fiziki təzyiq göstəriblərDövlət Avtomobil Nəqliyyati Xidmətinin əməkdaşları sürücüyə fiziki təzyiq göstəriblər

Sürücü Dövlət Avtomobil Nəqliyyatı Xidməti əməkdaşları tərəfindən  saxlanılır və səbəbini soruşduqda təzyiqə məruz qalır. Görüntülər İnteraz tv əməkdaşları tərəfindən Xaçmaz rayonu ərazisində təsadüfən lentə alınıb. İnteraz tv-nin əməkdaşları çəkilişə gedərkən