Avtoreyd.Az Avtoxəbər BMW-dən yeni 8-Series – FOTO

BMW-dən yeni 8-Series – FOTO


BMW şirkəti yeni kupe 8-Series-in konseptini təqdim edib. Prototipin rəsmi təqdimatı mayın 26-da İtaliyada keçiriləcək Concorso d’Eleganza Villa d’Este müsabiqəsində olub.

8-Series möhtəşəm avtomobillərin seqmentini genişləndirmək üçün attıdığımız növbəti addımdır. Bu, növbəti mərhələdir, – deyə BMW AG-nin məşvərət şurasının sədri Harald Krüqer bildirib.

AvtoReyd.Az auto.az-a istinadən bildirir ki, 8-Series-in dizaynının bəzi elementləri konsept Pininfarina Gran Lusso-nu xatırladır. O, 2 il bundan əvvəl təqdim edilmişdi. Avtomobil uzun kapot, enli təkər arkaları alıb. Avtomobili, həmçinin böyük radiator barmaqlığı, aqressiv bamperlər, qızılı əyləc supportları, spoyler və iki borulu idman qaz buraxma sistemi ilə təchiz ediblər. Bundan əlavə, yenilik lazer faralar, L-şəkilli diodlu fənərlər və 21-düymlük təkər diskləri alıb.

BMW 8-Series şirkətin keçmişə məxsus ikiqapılı möhtəşəm idman avtomobillərinə bənzər ənənələr əsasında yığılıb. Bizim model sırasında o, arzuolunan avtomobil olacaq, deyə Krüqer əlavə edib.

Avtomobilin seriyalı versiyası gələn il satışa çıxarılacaq. O, dünya bazarında Mercedes-Benz S-Class Coupe və Bentley Continental GT ilə rəqabət aparacaq.

AvtoReyd.Az

Related Post

Varlılar üçün müdhiş elektromobil: heyran olmamaq əldə deyil (Video)Varlılar üçün müdhiş elektromobil: heyran olmamaq əldə deyil (Video)

“Daimler AG” şirkəti “Vision Mercedes-Maybach Ultimate Luxury” adlı elektrokrossoveri təqdim edib. Yenicag.az bildirir ki, bu barədə “Technote” məlumat yayıb.  Elektromobilin yeni konsepti lüks seqmentə aiddir və qəribə dizayner özəlliklərilə zəngindir. Sözügedən elektromobil ümumi gücü

İcbari Sığortası olmayan sürücülərin nəzərinə! – 3 günə 3 mindən çox sürücü radara düşdü – VİDEOİcbari Sığortası olmayan sürücülərin nəzərinə! – 3 günə 3 mindən çox sürücü radara düşdü – VİDEO

Yol polisi avtomobilini sığorta etdirməyən 3 mindən çox sürücüyə protokol yazıb. Bəs avtomobilin icbari sığortasının olub olmadığını vəya müddətinin başa çatmasını necə müəyyən etmək olar? Bütün bu məsələlərə Baş Dövlət