Avtoreyd.az bildirir ki, iyunun 18-də Avropanın aparıcı aviatikinti konserni olan Airbus, dünyada ən böyük sərnişin avialayneri – A380-in yenilənmiş versiyasını təqdim edib. Konsernin mətbuat xidmətindən bildiriblər ki, yeni təyyarə A380plus adlanacaq.
Müasirləşdirmə nüansları arasında təyyarənin qanadının yeni dizaynı da var, hansı ki, şirkətin iddiasına görə, yanacağın işlənməsinə 4% qənaət edəcək. Aviaşirkət həmçinin vurğulayır ki, yeni layner salonun sahəsinin optimallaşdırılması hesabına daha qənaətli və tutumlu olacaq. Bu da daha çox sərnişin kreslosu əlavə etməyə imkan verəcək.
Airbus hesablamalarına görə, yeniliklər aviaşirkətlərə hər sərnişin üçün çəkilən xərcləri 13% azaltmağa icazə verəcək. O, əvvəlki versiyası ilə müqayisədə əlavə olaraq 80 sərnişin daşıyacaq və ya 300 dəniz mili daha uzağa uça biləcək.