Avtoreyd.az bildirir ki, 73 yaşlı avstraliyalı Devid Qlaşin bir zamanlar uğurlu iş adamı olub. Lakin 1987-ci ilin maliyyə böhranı zamanı demək olar ki, hər şeyini itirib. O vaxtdan da avstraliyalı, Yaşıl qitənin sahilləri yaxınlığında kiçik adada xəlvətə çəkilməyə qərar verib. Burada o, artıq 20 ildir ki, yaşayır.
Keçmiş milyonçunun taxta komasında elektrik enerjisi demək olar ki, yoxdur. Bunun üçün günəş batareyaları fəaliyyət göstərir. Bununla belə, Devid Qlaşin vaxtaşırı İnternetə daxil olaraq, xarici dünyayla əlaqə qurur: teleşouya baxır və hətta, qadınlarla tanış olur.
Əsas çatışmazlıq kimi o, canlı ünsiyyətin yoxluğundan gileylənir. “Əgər ildə heç olmasa bir-iki dəfə yanıma xanımlar gəlsəydi, mən çox xoşbəxt olardım”, — 73 yaşlı kişi belə deyir.
Devid öz bostanında becərdiyi tərəvəzlərlə qidalanır. İldə bir dəfə isə o, ən yaxın şəhərə gedir ki, öz təsərrüfatında olmayan şirniyyat və digər məhsullardan dadsın.
Bəzən ona turistlər də baş çəkir. Onlar “Robinzon Kruzoya” hədiyyələr də gətirirlər, məsələn, alkoqollu içki.
Tərki-dünya həyatı yaşamasının bütün mənfiliklərinə baxmayaraq, 73 yaşlı avstraliyalı Devid Qlaşin deyir ki, bu cənnəti heç nəyə dəyişməz.