Avtoreyd.az bildirir ki, videonu Facebook-da 14 milyondan çox insan izləyib.
BuzzFeed portalının müəllifləri qeyri-adi musiqi alətini hazırlamaq üçün böyük yerkökündən, dreldən və iti bıçaqdan istifadə ediblər.
İstifadəçilərin əksəriyyəti bu qeyri-adi üsula yumor hissi ilə yanaşıblar. Lakin narazı qalanlar da olub. Həmin şəxslər bildiriblər ki, hazırda dünyada bir çox ölkələrdə insanlar aclıqdan əziyyət çəkir, amma Facebook yemək üçün nəzərdə tutulan tərəvəzin musiqi alətinə çevrilməsindən bəhs edir. Bundan məyus olduqlarını deyən istifadəçilər qeyd edib ki, illər əvvəl insanlar düşünürdülər ki, biz kosmosa səyahət edəcəyik və aclıqla bağlı problemləri həll edə biləcəyik. Bunun əvəzində isə hazırda bizim yerkökündən düzəldilən fleytamız var.