Avtoreyd.az bildirir ki, Airbus şirkəti Le-Burje aviasalonda pilotsuz helikopter VSR700 təqdim edib.
“Pilotsuz helikopter VSR700 yüngül ikinəfərlik helikopterin bazası əsasında yaradılıb. O, hərbi vertolyotlar kimi bütün əməliyyatları yerinə yetirməyə qadirdir”, – xəbərdə belə deyilir.
Pilotsuz helikopter Fransanın hərbi-dəniz donanmasının sifarişi əsasında hazırlanıb. Gələcəkdə o, təyyarə gəmisində kəşfiyyatçı kimi xidmət göstərə bilər.
Həmçinin helikopter,hərbi dəniz helikopteri kimi, radarla, elekto-optik müşahidə sistemi və gəmiləri tanımağa, onların istiqamətini müəyyən etməyə imkan verən avtomatik identifikasiya sistemi ilə də təchiz edilib.
Pilotsuz helikopter VSR700 əlavə yanacaq vurmadan 10 saat boyunca uça bilər. Bildirilir ki, ondan həmçinin, axtarış və təbii fəlakətlər, və ya başqa fövqəladə hadisələr zamanı insanların xilas edilməsi üçün istifadə etmək mümkün olacaq.