Yenidən istifadəyə verilən bu küçə yolunuzu asanlaşdıraraq, vaxtınıza isə qənaət etmək imkanı yaradacaq.
Yusif Səfərov küçəsindən yeni təmirdən çıxan Ələddin Quliyev küçəsinə daxil olmaqla siz 700-900 metr məsafə qət etməklə Keykab Səfərəliyeva küçəsinə çatırsız,oradan isə 100-150 metr irəliləməklə Dilarə Əliyeva küçəsi istiqamətində hərəkət edə bilərsiz.
Bu yol həm qısa, həm də rahatdır.Tam təmirdən çıxmış bu birtərəfli küçə, ümumi iki zolağ və üç yoldan ibarətdir.Yusif Səfərov küçəsindən Ələddin Quliyev küçəsinə dönmədiyiniz halda isə günün pik saatlarında sıxlıq və tıxacla rastlaşa bilərsiz.
Xatırladaq ki, yol birtərəflidir və giriş yalnız Yusif Səfərov küçəsindəndir. AvtoReyd.Az yeni təmirdən çıxan və bir çox sürücünün məlumatı olmadığı bu yol haqda sizə ətraflı məlumatı aşağıdakı videomaterialda təqdim edir: