Avtoreyd.Az Avtoklub Dövlət Yol Polisi əməkdaşlarının davranışından razısınızmı?

Dövlət Yol Polisi əməkdaşlarının davranışından razısınızmı?


Sosial şəbəkələrdə və xəbər saytlarında DYP əməkdaşının sürücü ilə qeyri-etik davranışı, böyük əks-səda doğurub. Ekspert, hüquqşünas Ərşad Hüseynov hesab edir ki, yayımlanan videodakı görüntü çox biabırçı səhnədir:

“Normal insanda yaxşı təəssürat yaratmayan bir görüntüdür. Əsas məqam, bax budur. Məndə olan məlumata görə DYP-nin iki mindən artıq əməkdaşı var. Onların arasında müxtəlif düşüncə və təfəkkürə malik insanlar ola bilər. Ola bilsin ki, həmin şəxs vaxtıyla müəyyən göstəricilərə görə DYP əməkdaşları sıralarına qəbul olub. Lakin sonradan öz üzərində çalışmayıb, elementar etik davranış qaydalarından xəbərsizdir, yol patrul xidməti təlimatını öyrənmir. Sürücüyə gəlincə isə onu  müzakirə etmək istəməzdim. O sadə bir sürücüdür, hansı ki, həmin vaxt sarsıntı halında olub. Ola bilsin ki, həmin an üçün ona elə bir cərimə məbləği deyilib ki, ağlamaq həddinə gəlib. Bəlkə də, onun həmin məbləği ödəməyə heç 2-3 ayın qazancı yetməsin. Normal fəaliyyət göstərən polis əməkdaşı hətta realda belə bir cərimə ilə qarşılaşaraq, pis vəziyyətə düşən sürücüyə mənəvi dəstək olmalı, ona ürək-dirək verməlidir. Vətəndaşın kimliyindən, mövqeyindən asılı olmayaraq, polis istənilən halda qanun çərçivəsində addım atmalıdır”.

Hansı halda vətəndaş polis avtomobilinə məcburi şəkildə əyləşdirilə bilər?

Yol polisi olmasa, nələr baş verər?

Nəqliyyat vasitəsi polis tərəfindən nə vaxt dayandırıla bilər? Sürücülər DYP əməkdaşları ilə problem yaşamamaq üçün nələri bilməlidirlər?

Hansı sürücülər yol polisindən narazıdır?

DYP əməkdaşları hansı halda reyd keçirə bilərlər?

Bu və digər məsələlərlə daha ətraflı “AvtoClub”da izləyə bilərsiniz.

http://www.youtube.com/watch?v=ufpmeECfSSc

Related Post