Avtoreyd.Az Gündəm Berlinin küçələrindəki daşqın zamanı yolu keçən qadın suyun altına gedib (Video)

Berlinin küçələrindəki daşqın zamanı yolu keçən qadın suyun altına gedib (Video)

| | 0 Comments | 03:31

Avtoreyd.az bildirir ki, Almaniyanın paytaxtına yağan tufanla müşahidə edilən leysan yağışı nəqliyyatı iflic edib. Berlində fövqəladə vəziyyət elan edilib.

Bəzi rayonlarda hər kvadrat metrə 100 litr yağıntı düşüb. Pis hava şəraiti Teqel və Şenefeld aeroportlarında aviareyslərin ləngiməsinə və ləğvinə səbəb olub.

Xilasedicilərə qəzalar, su altında qalmış küçələr, zirzəmilər və qarajlar, metro stansiyaları, həmçinin digər fövqəladə hadisələr haqqında 700-dən çox xəbər daxil olub. Polis bir neçə saatlığa yolun su altında qalan hissəsinə görə A100 avtobanında hərəkəti dayandırıb. Metronun iki xəttində qatarların hərəkəti müvəqqəti dayanıb.

İnternetdə təbii fəlakətin əks olunduğu kadrlar yayılıb. Berlin sakinlərindən biri isə yolu keçən zaman büdrəyib və suya batıb.

Related Post