Avtoreyd.Az Dörd çarx 110-luq yolda 101-lə radara düşənlər var – Üç nəfərə protokol yazılıb – VİDEO

110-luq yolda 101-lə radara düşənlər var – Üç nəfərə protokol yazılıb – VİDEO


Saatda 110 km. sürət həddi göstərilən yolda sakinlər aşağı sürətlə radara düşüblər. Buna görə də onlara protokol göndərilib. Maraqlı maqam ondadır ki, protokolda radar olan ərazi magistral yolun 209 km-yi göstərilib. Ancaq radar yolun 211-ci km-də yerləşir.

Xezerxeber.az-ın məlumatına görə, sürücülərdən biri 101, o biri 104, digəri isə 105 km/ saatla radara düşüblər. Həmin yolda sürət həddi isə 110 km/ saatdır.

Sürücülərin iddia etdiyi yol Bakı-Qazax yolunun 211 -ci km-liyi Ucar rayon ərazisidir. Ucar rayon Şilyan kənd sakinləri Kamil Əhmədov, Şamo Həsənov və Rusif Əliyev Ucardan Bakı istiqamətində hərəkətdə olarkən radara düşüblər.

Daha bir maraqlı maqam isə protokolda radar olan ərazinin magistral yolun 209 km-yi göstərilsə də, hazırda radar 211-ci km-də yerləşir. Radara düşən hər bir sürücünün ünvanına protokol gələrək onlar cərimə edilib.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, bu texniki səhvdən əlavə sürət həddinin göstəriləndən aşağı olması səbəbindən də baş verə bilər. Ona görə də həmin sürücülər dyp.gov.az saytının şikayətlər bölməsinə yazmalıdır. Məsələ araşdırıldıqdan sonra onlara cavab məktubu göndəriləcək. Protokol hansısa bir texniki səhv ucbatından göndərilibsə, ləğv olunacaq.

Related Post

Oğuz rayonu Bucaq-Muxas-Baş Daşağıl avtomobil yolu yenidən qurulur – VİDEO / FOTOOğuz rayonu Bucaq-Muxas-Baş Daşağıl avtomobil yolu yenidən qurulur – VİDEO / FOTO

Ölkədə yol infrastrukturunun yaxşılaşdırılması və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində dövlət başçısının tövsiyə və tapşırıqlarına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən sistemli fəaliyyət çərçivəsində Oğuz rayonu Bucaq-Muxas-Baş Daşağıl

Bu yolda müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunurBu yolda müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Neftçilər prospektinin Azneft dairəsindən Rixard Zorge küçəsi ilə kəsişməsinədək olan hissəsində üfiqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. Bu barədə Azərbaycan