Avtoreyd.Az AvtoSığorta Azərbaycanda daha bir sığorta şirkətinə lisenziya verilib

Azərbaycanda daha bir sığorta şirkətinə lisenziya verilib


Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Naxçıvansığorta” ASC-yə sığorta fəaliyyəti üçün lisenziya verib.

Bu barədə AvtoReyd.Az MBNP-ya istinadən xəbər verir.

Məlumata görə, lisenziya bu il mayın 12-də 5 il müddətinə verilib.

Xatırladaq ki, “Naxçıvansığorta”nı 2014-cü ildə “Naxçıvanbank” ASC təsis edib. Nizamnamə kapitalı 5,5 mln. manat olan şirkətin hüquqi ünvanı bankla eyni – Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi,7-dir.

“Naxçıvansığorta” indiyə qədər “Naxçıvanbank”ın müştərilərinə qeyri-qanuni sığorta xidməti göstərib. Bu faktı ilk dəfə bu ilin əvvəlində “Report” aşkar edib və ictimailəşdirib. Bundan sonra MBNP şirkətlə bağlı araşdırmalara başlayıb, amma bunun nəticəsi barədə ictimaiyyətə məlumat verilməyib. Təxminən 2 ay bundan əvvəl isə Palata “Naxçıvansığorta”ya qanuni fəaliyyət göstərməyə icazə verib.

Vergilər Nazirliyi yanında Kommersiya qurumlarının Dövlət Reyestrində “Naxçıvansığorta”nın qanuni təmsilçisinin İsa İsayev (“Naxçıvanbank”ın İdarə Heyətinin sədr müavini) olduğu qeyd edilsə də, Palata şirkətə Bəxtiyar Məmmədovun rəhbərlik etdiyini bildirir.

AvtoReyd.Az

Related Post

Azərbaycanda daha bir sığorta şirkəti sərnişinlərin icbari fərdi qəza sığortası ilə məşğul olacaqAzərbaycanda daha bir sığorta şirkəti sərnişinlərin icbari fərdi qəza sığortası ilə məşğul olacaq

Qala Sığorta” ASC-yə sərnişinlərin icbari fərdi qəza sığortası ilə məşğul olmaq üçün icazə verilib. Bu barədə AvtoReyd.Az İcbari Sığorta Bürosuna istinadən xəbər verir. Bununla da sözügedən sığorta növü üzrə icazəsi olan