Avtoreyd.az bildirir ki, pakistanlı jurnalist İzrə Xan Hindistanın India TV kanalının efirində tamaşaçılara Ramazan bayramı şərəfinə təşkil edilən tədbirdən canlı yayım zamanı ölmədiyini bildirib.
Belə ki, 2016-cı ildə Ramazan bayramı zamanı İzrə Xan hüşunu itirərək hündür tribunadan yıxılıb. Bir il sonra isə internet istifadəçiləri yenidən onun düşməsini müzakirə etməyə başlayıblar. Bundan sonra isə hind telekanalı pakistanlı xanım jurnalistə bununla bağlı açıqlama verməklə bağlı müraciət edib.
Xanım jurnalistin özündən getdiyi anı əks edən videoçarx 2017-ci ilin iyun ayının sonunda Ramazan bayramının qeyd edilməsindən sonra yenidən sürətlə internetdə yayılmağa başlayıb. İzrə Xan bildirib ki, hazırda sağdır və özünü əla hiss edir.
Pakistanlı xanım jurnalistin sözlərinə görə, o, istidən hüşunu itirdiyindən mikrofon əlində yıxılıb.
Ölümü haqqında yayılan şayiələrə görə İzrə Xan Twitter-də canlı yayım təşkil etməyə qərar verib. Bu zaman xanım jurnalist bildirib ki, həmin video köhnədir və hazırda onun həyatı üçün heç bir təhlükə yoxdur.