Avtoreyd.Az Maraqlı Avtobusda yer üstündə dava: sərnişinlər bir-birinə yer verməlidirmi? – VİDEO

Avtobusda yer üstündə dava: sərnişinlər bir-birinə yer verməlidirmi? – VİDEO


Əvvəllər kişilər ictimai nəqliyyatda qadınalara yer verməyəndə qınanırdılar. İndi qadınlar da bir -birinə yer verməyəndə aləm dəyir bir-birinə.

Bakıda sərnişin avtobusunda qadın özündən yaşlı başqa bir qadına yer vermədiyi üçün sərnişinlər tərəfindən qınanıb. O isə kiməsə yer verməyə məcbur olmadığını bildirir.

AvtoReyd.Az Xezerxeber.az-a istinadən məlumat verir ki, ictimai nəqliyyatda yer üstündə belə mübahisələr tez tez düşür. Amma indiyə kimi heç kim tam qərar verə bilmir ki, kimsə kiməsə hansı şəraitdə yer verməlidir. Ümumiyyətlə, insanlar bir-birinə yer verməlidirmi?

Adətən belə mövzularda daha çox qınanan gənclər isə əksini söyləyir. Deyirlər ki, lazım olan yerdə, lazım olanda adama yer verirlər.

Bakı Nəqliyyat Agentliyindən bildirilər ki, ictimai nəqliyyatda kiminsə kiməsə yer verməsi hansısa qaydalarla tənzimlənmir. İctimai münasibətləri məhz cəmiyyətin dəyərləri müəyyənləşdirir.

Agentlik uşaqlar və böyüklər üçün ictimai nəqliyyatda davranış qaydaları haqda kitabça da hazırlayıb. Burda qeyd olunur ki, yaşlılara, əlillərə və uşaqlı qadınlara yer vermək etik davranışdır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

AvtoReyd.Az

Related Post

Otelin qiymətlərindən əsəbləşdi, öz maşınında OTEL OTAĞI düzəltdi – FOTOLAROtelin qiymətlərindən əsəbləşdi, öz maşınında OTEL OTAĞI düzəltdi – FOTOLAR

AvtoReyd.Az Publika.az-a istinadən məlumat verir ki,Türkiyənin Kütahya bölgəsində yaşayan Yılmaz Akkaya istirahət üçün getdiyi ərazilərdən birində otel qiymətlərinin yüksək olduğundan şikayət edib. Qiymətlərin həddindən artıq yüksək olmasına maraqlı şəkildə etriaz edən

Ağlaya-ağlaya təhsil yükünün ağırlığından danışan dağıstanlı məktəbli (Video)Ağlaya-ağlaya təhsil yükünün ağırlığından danışan dağıstanlı məktəbli (Video)

Avtoreyd.az bildirir ki, Dağıstandan olan şagird məktəbdən, təhsildən şikayət edərək, respublikanın təhsil sistemi haqqında nə düşündüyünü dilə gətirib. Instagramda dərc edilən videoçarx üç gün ərzində 50 mindən çox baxış toplayıb. Təhsil yükündən danışan məktəbli,