Avtoreyd.az bildirir ki, Çinin Anxoy əyalətində yerləşən Xuaybey şəhərində işçilər, dəmiryolu xəttinin salınması üçün çoxtonluq dördmərtəbəli binanı yerindən 10 metr kənara çəkiblər.
Hökumət müəssisələrinin yerləşdiyi, hündürlüyü 14 metr və sahəsi təxminən 1200 kvadrat metr olan bina 2001-ci ildə tikilib.
Şəhər planına əsasən binanın olduğu yerdən Lançjou-Lyanyunqan və Pekin-Şanxay istiqamətlərini birləşdirəcək dəmiryolu xətti keçəcək.
Ekoloji və iqtisadi amillərin təsirini müzakirə etdikdən sonra hökumət orqanları binanı uçurmaq əvəzinə, onun yerini dəyişməyə qərar veriblər. Nəticədə, işçilər tapşırığı yerinə yetirərək binanı 28 saat ərzində 10 metr şimala doğru çəkiblər.