Avtoreyd.az bildirir ki, döyüş sənəti ustası pakistanlı Məhəmməd Rəşid ovcunda sıxdığı yumurtanı sındırmadan maye dolu 29 tənəkə bankasını 30 saniyə ərzində əzməklə dünya rekordu vurub.
Ginnessin rekordlar kitabına düşən bu nailiyyət iyulun 4-də Karaçidə qeydə alınıb. Bütün tənəkə bankalarını müvəffəqiyyətlə əzən Rəşid usta, hakimlərə zədələnməmiş yumurtanı nümayiş etdirdikdən sonra onu kasada sındırıb.
Qeyd edək ki, bir çox rekorda imza atan Məhəmməd Rəşid Pakistanın Döyüş sənəti akademiyasının banisi və prezidentidir.