Avtoreyd.Az Gündəm Azərbaycanlı Rusiyada Ford-un baş direktoru oldu

Azərbaycanlı Rusiyada Ford-un baş direktoru oldu


Ford Sellers-in yeni prezidenti və baş direktoru vəzifəsinə əvvəllər şirkətdə icraçı direktor və birinci vitse-prezident işləyən Adil Şirinov təyin edilib.

Şirinov Ford Sollers-in prezidenti vəzifəsində 2015-ci ilin iyulundan şirkətə rəhbərlik edən Mark Ovendeni əvəz edib, bu barədə bu gün Rusiyanın “Vedomosti” qəzeti yazıb.

AvtoReyd.Az banker.az-a istinadən bildirir ki, 1964-cü ildə Bakıda dünyaya gəlmiş Şirinovun Rusiya vətəndaşlığı var.

O, Ford Sollers-də şirkətin qurulduğu 2011-ci ildən işləyir.

“Rusiyada Adili yaxşı tanıyır və hörmət edirlər, onun təcrübəsi və nadir ekspertizası Ford Sollers-in mövqeyini möhkəmləndirməsinə və bazar potensialını həyata keçirməsinə kömək edəcək”, deyə Ford Motor Company-nin vistse-prezidenti Stiven Armstronq bildirib.

Ford Sollers-in tərkibinə üç avtomobil zavodu: biri Leninqrad vilayətində (Focus və Mondeo buraxır), ikisi isə Tatarıstanda (Kuga, Explorer və Transit, Fiesta və Ecosport buraxır). Həmçinin, Tatarıstanda mühərrik zavodu var.

Ford Sollers layihələrinə ümumi investisiyalar 1,5 mlrd. dollar olaraq qiymətləndirilir.

Adil Şirinov Sollers şirkətinə gəlişindən əvvəl “RusPromAvto” ASC-də alış üzrə direktor işləyirdi. 1999-cu ildən 2002-ci ilə qədər Ford Motor Company şirkətində işləyib.

1993-1998-ci illərdə o, OTİS Elevators-un Rusiyadakı nümayəndəsi olub.

AvtoReyd.Az

Related Post

Dövlət avtomobilləri satışa çıxır – KİA 4 000, Daewoo 3000 AZN (QİYMƏTLƏR)Dövlət avtomobilləri satışa çıxır – KİA 4 000, Daewoo 3000 AZN (QİYMƏTLƏR)

Azərbaycanda dövlət maşınları satışa çıxarılır. AvtoReyd.Az-in məlumatına görə, 18 sentyabr tarixində hərraca Vergilər Nazirliyinin 8 ədəd avtomobili çıxarılacaq. Qeyd: Sifarişlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə

Yeni tariflər nəqliyyatda xidmətin keyfiyyətinin artmasına şərait yaradacaq Rəsmi(Video)Yeni tariflər nəqliyyatda xidmətin keyfiyyətinin artmasına şərait yaradacaq Rəsmi(Video)

Tarif Şurası tərəfindən ictimai nəqliyyat xidmətlərinin qiymətinin tənzimlənməsi birbaşa vətəndaşlara daha yüksək və keyfiyyətli xidmət göstərilməsinə gətirib çıxaracaq. Xezerxeber.az-ın məlumatına görə, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Tahir Məmmədov