Avtoreyd.Az Avtoxəbər Fransada benzin və dizel avtomobilləri qadağan ediləcək(Foto)

Fransada benzin və dizel avtomobilləri qadağan ediləcək(Foto)


Yeni hakimiyyət ölkədə ekoloji vəziyyətin radikal yaxşılaşma kursu götürdüyü üçün fransızların növbəti nəsili avtosalondan klassik daxili yanma mühərriki ilə hər hansı gur səsli avtomobili almaq mümkün olduğunu qəmlə yada salacaqlar.

xarici KİV-ə istinadən məlumat verir ki,Fransanın yeni ekologiya naziri mətbuat konfransını keçirərək ekoloji sferada vəziyyətin yaxşılaşması üzrə proqramı təqdim edib.Qəbul edilmiş strategiyaya əsasən artıq 2040-cı ilə qədər benzin və və dizel mühərriki ilə çalışan avtomobillərin satışlarına tam qadağa qoyulacaq.

Bundan başqa, Fransanın Nazirlər Kabineti “silahlandırılmada”dəyişiklik etmək haggında proqramı qəbul etməyə hazırlaşır hansı ki, 1997-ci ilə qədər istehsal edilmiş dizel mühərrikli avtomobillərin, həmçinin 2001-ci ilə qədər istehsal edilmiş benzin mühərrikli avtomobillərin istismarından imtinanı nəzərdə tutur.

Nümunə kimi məmur 2019-cu ildən hibrid qurğularına keçməyə qərar qəbul etmiş İsveç-in Volvo markasını göstərib.

Fansa benzinlə və dizel mühərrikləri ilə klassik avtomobillərdən imtina etməyi planlaşdıran yeganə ölkə deyil.Norveçlə Niderland təxminən eyni strategiyaya tərəfdarıdırlar(orada qadağa 2025-ci ildən qüvvədə minəcəyi gözlənilir) ,həmçinin Hindistanla  Almaniyada isə bu qadağa  2030-cu ildən qüvvədə olacaq.

AvtoReyd.Az

Related Post