Avtoreyd.Az Gündəm Qusar-Xudat avtomobil yolunun bir hissəsi əsaslı şəkildə təmir olunur – FOTO

Qusar-Xudat avtomobil yolunun bir hissəsi əsaslı şəkildə təmir olunur – FOTO


“Azəravtoyol” ASC uzun müddət əsaslı şəkildə təmir olunmayan Qusar-Xudat avtomobil yolunun bərpasına başlayıb.

ASC-dən AvtoReyd.Az-a verilən məlumata görə, M-1 Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 188-ci km-dən başlayan təmir işləri Qusar rayon mərkəzinə qədər olan 13,7 km-lik hissəni əhatə edir.

Nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaradan yolun hərəkət hissəsində yaranmış dağılmış və qabarmış hissələr aradan qaldırılıb, təmir-bərpa işləri zamanı yolun 10,7 km-lik hissəsi 6 m-dən 7 m-ə qədər, 3 km-lik hissəsi isə 5 m-dən 11 m-ə qədər genişləndirilib. Genişləndirilmiş hərəkət hissə yol boyu nəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə idarə edilməsinə gətirib çıxarır.

Aparılan işlər çərçivəsində yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, genişləndirilmiş və zəruri olan digər hissələr xüsusi material tökülərək kipləşdirmə işləri aparılır, hazır olan hissələr isə asfaltlanır. Hazırda yolun 3 km-lik hissəsinə asfalt-beton örtüyünün ilk qatı döşənib. Bundan başqa, zəruri olan yerlərdə yol kənarlarına səki daşları düzülür. Ümumilikdə yola ikiqat olmaqla asfalt-beton örtüyünün döşənməsi və 6 min paqon-metr səki daşının düzülməsi nəzərdə tutulub.

Təmir-tikinti işləri yekunlaşandan sonra yola 120 ədəd yol nişanı və məlumatverici lövhələr quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılacaq.

Qeyd edək ki, 1967-68-ci illərdə salınan Qusar-Xudat avtomobil yolunun əsaslı şəkildə təmir edilməsi yük və sərnişin daşınmasını xeyli asanlaşdıracaq, vətəndaşların gediş-gəlişini rahatlaşdıracaq.

AvtoReyd.Az

Related Post

Qəbələdə yeni istifadəyə verilmiş keçid baxımsız vəziyyətdə – zibilxanaya çevrilib – VİDEOQəbələdə yeni istifadəyə verilmiş keçid baxımsız vəziyyətdə – zibilxanaya çevrilib – VİDEO

Qəbələdə bir neçə il əvvəl istifadəyə verilmiş keçid yararsız vəziyyətə düşüb. AvtoReyd.Az Xezerxeber.az-a istinadən xəbər verir ki, divarlardakı üzlük daşlar sınıdırlıb, içərisinə tullantılar atılıb, keçid zibilxanaya çevrilib. Bir neçə il əvvəl salınan