Avtoreyd.Az Gündəm Sulutəpə qəsəbəsində yeni yerüstü piyada keçidinin inşası yekunlaşıb – FOTO

Sulutəpə qəsəbəsində yeni yerüstü piyada keçidinin inşası yekunlaşıb – FOTO


“Azəravtoyol” ASC-dən AvtoReyd.Az-a verilən məlumata görə, Bakı-Şamaxı avtomobil yolunun 12.8-ci km-də, Binəqədi rayonu Sulutəpə qəsəbəsi ərazisində yeni yerüstü piyada keçidinin inşası yekunlaşıb.

Dəmir-beton özül dayaqları üzərində qurulan metalkonstruksiyalı piyada keçidi 1 aşırımlı (orta dayaqsız) və üstü açıqdır. Layihəyə uyğun olaraq keçidin uzunluğu 50 metr təşkil edir. Pilləkan hissələri də daxil qalereyasının ümumi uzunluğu 64.75 metr, eni isə 3 metrdir. Keçidin yol səthindən hündürlüyü 5.5 metr-dir.

Keçidin ətrafında abadlıq və yaşıllaşdırma işləri aparılıb, sərnişin avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacağa giriş-çıxışını təmin etmək üçün xüsusi “cib”li  hissələr yaradılıb,lazımi yol nişanları quraşdırılıb.

Metal konstruksiyalı piyada keçidi avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazidə inşa edilib. Bununla da həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarından keçməsi, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkəti təmin olunub.

Piyada keçidi Azərbaycan Prezidenti İlham Əliyevin piyadaların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi tövsiyə və tapşırıqlarına əsasən inşa olunub.

AvtoReyd.Az

Related Post

Qax-Qorağan-Zaqatala avtomobil yolunun Qax-Qorağan hissəsinin açılışı olubQax-Qorağan-Zaqatala avtomobil yolunun Qax-Qorağan hissəsinin açılışı olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də Qax-Qorağan-Zaqatala avtomobil yolunun Qax-Qorağan hissəsinin açılışında iştirak edib. AvtoReyd.Az xəbər verir ki, dövlət başçısı yolun texniki göstəricilərini əks etdirən stendlərə baxıb.“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh

Sabahın havası açıqlandıSabahın havası açıqlandı

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosundan  verilən məlumata görə, martın 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən