Avtoklub

Piyadalar üçün nəzərdə tutulan cərimələrin artırılması nəyi dəyişəcək?

Ìàìà ñ ðåáåíêîì ïåðåõîäÿò óëèöó ïî ïåøåõîäíîìó ïåðåõîäó

Bu gün cərimələr həm piyadalar, həm də sürücülərin bir nömrəli probleminə çevrilib. Bəzi ekspertlər hesab edir ki, cərimələrlə bağlı təklif edilən yeni qaydalar, qüvvədə olan qaydalarla müqayisədə daha sərtdir. Bir qrup ekspertlər bununla razı deyil. APA TV-nin «Avtoklub» layihəsində  cərimələrin müsbət və mənfi nəticələrinə aydınlıq gətirilib.

 

Ekspert  Vaqif Alıyev hesab edir ki, ilk növbədə cərimələrin artırılması ilə əlaqədar mövcud təkliflərin ilk olaraq  nədən irəli gəldiyini müəyyən etməliyik: «Yəni nə baş verdi ki, piyadalara tətbiq ediləcək inzibati xətalara görə cərimənin artırılması ilə bağlı belə bir məqam ortaya çıxdı?  Azərbaycan Respublikasının İXM-nin 4 maddəsi ilə piyadalara qarşı inzibati xətaya görə protokol tərtib olunur. Cərimənin də ən yüksək həddi 20 manatdır. Təqdim edilən layihədə isə təklif olunub ki, yolun hərəkət hissəsinə çıxan, beton və dəmir maneələri aşmağa görə 15 sutkaya qədər həbs tətbiq edilsin. Lakin sonradan həbs cəzası 100 manatla əvəz edilib».  Ekspert onu da əlavə edib ki, bir inzibati xətanın  bir daha təkrarlanmaması üçün  tətbiq edilən cəriməni birdən birə bir neçə dəfə artırmaq, problemin həlli üçün kəskin bir yanaşmadır:  «Bu günə qədər cərimə 20 manat idisə, bugünki mövcud vəziyyətdə 100 manat nəzərdə tutulur. Buna baxmayaraq,  hazırda belə addımın atılması qaçılmazdır. Mənim fikrimcə 100 manat çoxdur. Bu məbləğ 30 manat da ola bilər, 40 manat da və s. Cərimələrin bu həddə artırılmasının tərəfdarı deyiləm”. Vaqif Alıyev ilk dəfə qaydanı pozmuş piyada üçün alternativ üsulların mövcud olduğunu da təklif edir: «Bir insan inzibati xəta törədirsə, ona xəbərdarlıq ediləndə ikinci dəfə bunu təkrarlamamağa çalışır.  »

 

Yollar üzrə ekspert Zaur Seyidzadə də cərimələrin bu qədər artırılmasının tərəfdarı olmadığını deyib. O, sadəcə olaraq burada bir nüansın olduğunu bildirib: “Cərimə, beton sədləri və dəmir maneələri aşdıqda 100 manat olacaq. Digər hallarda isə 20 manat olaraq qalır. Mən bu məbləğin 100 manatdandan bir qədər aşağı olmasını istərdim. Ondansa digər, 20 manatlıq cərimənin məbləğinin artırılması daha yaxşı olardı. Bunu praktikama əsaslanaraq deyirəm. Çünki əksər hallarda vətəndaşlar onlar üçün nəzərdə tutulan piyada keçidlərindən istifadə etmir. Hərəsi bu hərəkətini bir cür bəhanə ilə izah edir”.

 

Yol hərəkəti qaydalarını pozan piyadaların yüksək məbləğdə cərimələnməsinin  digərlərinə dərs olacağı sualına gəlincə, ekspert  Vaqif Alıyev bu kimi halların qarşısını yalnız cərimələrlə alınacağını düzgün yanaşma hesab etmədiyini söyləyib: “Mən kompleks yanaşma haqda düşünürəm. Bu nədir? Yerüstü keçidlərin yanında şəhərin dizaynına uyğun mühəndis qurğular var. Yəni dəmir sədlər, hansıları ki, piyada istəsə belə keçə bilmir. Mühəndis qurğuları bəzi yerlərdə var, bəzilərində isə yoxdur. Bunların olmasını yaxşı hal hesab edirəm. Amma bütün şəhəri də mühəndis qurğuları ilə doldurmaq olmaz”,-ekspert belə deyib.

 

Mühəndis qurğularının inşası məsələsinə gəlincə, Zaur Seyidzadə paytaxtın hər küçəsində bunu həyata keçirməyin mümkün olmadığını qeyd edib: “Küçənin eni də nəzərə alınmalıdır. Bunun üçün alternativ variantlar da var. Maarifləndirmə, məsələn. Lakin bu addımın da görürsən ki, tam təsiri olmur”. Zaur Seyidzadə böyük dövlətlərin təcrübəsinə nəzər saldıqda, orada bu kimi halların qarşısının cərimə hesabına alındığını qeyd edib.

 

Məsələnin yalnız cərimə yolu ilə həlinə inanmadığını söyləyən ekspert  Vaqif Alıyev, spirtli içki qəbul edib, sükan arxasına keçən şəxslərə qarşı da cərimələr artırıldığını misal çəkib. Lakin o, bildirib ki, bu üsul belə, sərxoş vəziyyətdə avtomobil idarə edən insanlara əngəl ola bilməyib. Vaqif Alıyev bu kimi məsələlərlə bağlı tətbiq edilən cərimələrin öncə bazası qurulmalı olduğunu qeyd edib. Yəni piyada ilk dəfə qayda pozuntusuna yol verərsə, öncə ona xəbərdarlıq edilməlidir. Lakin onun bu hərəkəti bazada əks olunmalıdır. Amma bir ay ərzində vətəndaş qaydaları pozmağa davam edərsə, ona qarşı tətbiq edilən cərimələrin məbləği mərhələli şəkildə artırılmalıdır: “Mən bu kimi addımın tərəfdarıyam. Biz ilk dəfə qayda pozan piyadaya da, hər dəfə bu kimi xətalara yol verən vətəndaşa da eyni məbləğdə cərimə tətbiq edirik. Ona görə də təklif edərdim ki, bir inzibati xətaya bir neçə dəfə yol verən şəxslərə qarşı müəyyən edilən baza əsasında fərqli yanaşma olmalıdır” Ekspert, cərimənin sistemli şəkildə tətbiq edilməsə, istənilən nəticəni əldə etmək mümkün olmayacağını qeyd edib. Daha sonra o, bildirib ki, yaxın 7 ilə qədər qanunla piyadaya qarşı qayda pozuntusuna görə cərimə nəzərdə tutulsa da, bu üsul tətbiq edilməyib.

 

Yollar üzrə ekspert Zaur Seyidzadə hesab edir ki,  bizim piyadalarda belə bir fikir formalaşıb ki, harada piyada keçidi varsa, oradan sərbəst keçə bilər. O, qeyd edib ki, nə qədər maarifləndirmə işləri aparılsa belə, yenə də piyadalar yol-hərəkət qaydalarını pozmağa davam edirlər. Bu səbəbdən də, cərimələrin artırılması labüddür. Artıq insanlar yüksək məbləğdə olan cərimənin büdcələrinə vurduğu zərəri hiss etdikdə, şəxsi təcrübələrinə əsaslanaraq dost-tanışlarına, onların bu hərəkətlərini təkrarlamamağı tövsiyə edəcək.

Ekspert  Vaqif Alıyev isə bu fikirdə deyil. O bildirib ki, inzibati xətanın cəriməsini artırmaqla, problemin qarşısını almaq mümkün deyil: “Bir daha təkrar edirəm, həmin yerlərdə məsələyə kompleks yanaşma olmalıdır. Maraqlısı odur ki, yeni  yollar çəkilərkən 200, 300 və ya 500 metr aralıda, sən demə vətəndaşların piyada keçidlərinin olmasından xəbərləri belə yoxdur. Bu da vətəndaşların öz diqqətsizliyi səbəbindəndir. Mən yaxınlarıma da deyirəm ki, yolda quraşdırılan nişanlara diqqət yetirsinlər. Çünki həmin nişanlar qanla yazılıb. Yəni həmin ərazidə faciəvi hadisə baş verdikdən sonra, orada nişan quraşdırılıb. Biz sürücünün və ya piyadanın hüquqşünas kimi savadlı olmağını gözləyiriksə, bu mümkün olan bir şey deyil. Hərənin bir ixtisas üzrə savadı var. Buna görə də biz istər sürücülər, istərsə də piyadalar üçün yol hərəkəti qaydalarında nəzərdə tutulan nişanları azaltmalıyıq”.

Müəllif haqqında

www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.

Biz Instagramda

Connection error. Connection fail between instagram and your server. Please try again