Gündəm

Paytaxdakı əksər dayancaqlarda əlillərin araba ilə avtobusa minməsi nəzərə alınmayıb-Video

Xezerxeber.az-ın məlumatına görə, dayanacaqların önündəki səkilər çox hündürdür ki, bu da əlillərin bir neçə nəfərin köməyi olmadan nəqliyyatdan istifadəsini mümkünsüz edir. Növbəti süjetimizin qəhəramanı da hər gün bu problemlə qarşılaşdığını deyir.

Fiziki məhdudiyyətli gəncə ətrafdakı insanlar kömək edərək hündür pilləkənlərdən qaldırırlar.

«Xəzər Xəbər”ə öz görüntülərini təqdim edən gənc əlil arabası ilə müstəqil hərəkət edə bilmədiyini, hündür səkilərin və pilləkənlərin əlil arabası ilə hərəkət edənlərə maneə yaratdığını bildirir.

Əlil arabası üçün nəzərdə tutulmuş panduslar bəzi yerlərdə olsa da, çox sərtdir və onunla qalxmaq mümkün deyil.

Orxan Adıgözəl deyir ki, hamı kimi çöldə rahat gəzmək istəyir, amma vəziyyət buna imkan vermir.

Orxan deyir ki, ailə üzvlərinə çox əziyyət verə bilmir ki, onu davamlı olaraq çöldə gəzdirsinlər. Yalnız dostlar boş olanda kömək edir. Digər vaxtlarda isə çölə çıxa bilmir.

Orxan deyir ki, yalnız müasir avtobuslarda əlil arabası üçün keçid var. Onların da sayı azdır.

Məsələ ilə bağlı «Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətindən «Xəzər Xəbər”ə bildirdilər ki, düzdür, əvvəl salınan səkilərdə əlil arabaları nəzərə alınmayıb. İndi isə yeni çəkilən bütün yollarda onlar üçün xüsusi keçidlər qoyulur.

 

Müəllif haqqında

www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.

Biz Instagramda

Connection error. Connection fail between instagram and your server. Please try again