Tərtərdə “Jiquli” dərəyə yuvarlanıb, sürücü xəsarət alıb(Foto)

Tərtərdə baş verən yol qəzası nəticəsində sürücüsü xəsarət alıb. APA-nın  xəbərinə görə, rayonun “Dörd yol” adlanan ərazisində Cəfərov Zalış Qaçay oğlu idarə etdiyi “VAZ-21011” markalı avtomobil yoldan çıxaraq dərəyə yuvarlanıb. Qəzanın şahidləri hadisə barədə FHN-nin növbətçi hissəsinə və təcili tibbi yardıma məlumat veriblər. Xilasedicilər və həkimlər hadisə yerinə gələnədək, yaralı sürücü avtomobildən çıxarılaraq xəstəxanaya aparılıb.

Məlumata görə, xəsarət alan sürücünün qardaşı onu paytaxt xəstəxanalarından birinə aparıb.

Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.