Hadisə

İçkili olan taksi sürücüsü qəza törədib

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

AvtoReyd.Az APA -ya istinadən xəbər verir ki, hadisə Atatürk və Ziya Bünyadov prospektlərinin kəsişməsində qeydə alınıb.

Vaqif Atayev sükanı arxasında olduğu “Toyota” markalı avtomobillə yüksək sürətlə Atatürk prospektində daxil olub.

Sükana nəzarəti itirən sürücü maşını əvvəlcə səkiyə çırpıb. İdarəetmədən çıxan nəqliyyat vasitəsi park ərazisinə düşüb. Zərbənin gücündən sürücü baş və bədən nahiyələrindən ağır xəsarət alıb.

Əraziyə Təcili yardım briqadası, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları və Yol Patrul Xidməti cəlb edilib. Sürücü xəstəxanaya çatdırılıb. Polislərin və hadisə şahidlərinin verdiyi məlumata görə, sürücü ağır dərəcəli sərxoş olub.

 

Посмотреть эту публикацию в Instagram

 

Публикация от AvtoReyd.Az-xeber (@avtoreyd.az)

 

Müəllif haqqında

www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.

Biz Instagramda

Connection error. Connection fail between instagram and your server. Please try again