Dörd çarx

Avtomobilinizin cızılmadan bu üsulla qoruya bilərsiniz — VİDEO

 

Bəzən görürsən ki, adi bir daş və ya dəmir parçası avtomobilə dəyəndə onun boyasına ciddi ziyan vurur. Ancaq indi sizə təqdim edəcəyimiz kadrlarda bunun tam əksini görəcəksiniz. Maşınin üzərinə vurulan adi bir şəffaf üzlük avtomobili cızılmadan qoruyur. Hətta yüngül qəzalar zamanı avtomobilin dəmir hissəsi əyilsə də, bu üzlüklər onun boyasını tam qoruyur.

Avtomobilin kapot hissəsi kəsici alət vasitəsilə qaşınır. Çox keçmir ki, maşının bu hissəsi cızıq-cızıq olur. Daha sonra aydın olur ki, əslində cızılan avtomobilin rəngi yox, ona vurulan üzlükdür.

Avtomobillərə vurulan bu şəffaf üzlüklər boyanı cızılmalardan qoruyur. Uzun müddətdir bu işlə məşğul olan Elşad Hacıəliyev deyir ki, həmin üzlüklər əsasən Avropada istehsal olunur və onların avtomobillərə çəkilməsi sizi əlavə xərclərdən qoruyur.

Həm parıltılı, həm də parıltısız olmaqla 2 variantda təqdim olunan bu plyonkalar avtomobilə vurulan zaman heç bir detal sökülmür. Üstəlik, həmin üzlüklər sökülən zaman avtomobilin boyası da heç bir zərər görmür.

Üzlüklərin qiymətlərinə gəldikdə isə, tətbiq ediləcəyi sahənin böyüklüyündən asılı olaraq 500-1500 manat arasında dəyişir.

http://xezerxeber.az

Müəllif haqqında

www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.

Biz Instagramda

Connection error. Connection fail between instagram and your server. Please try again