Cənubi Sudanda göyərtəsində 44 nəfərin olduğu sərnişin təyyarəsi qəzaya uğrayıb. Onların hamısının öldüyü ehtimal edilir.
“Report” xəbər verir ki, bu barədə “Airlive” portalı məlumat yayıb.
Bildirilir ki, qəza Qərbi Bəhr-əl-Qəzal əyalətinin inzibati mərkəzi olan Vau şəhərinin hava limanında baş verib.